“Araz-Naxçıvan”ın futbolçusu Şarlz Boli Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirdikləri ilk oyununu (0:4) şərh edib.
Sportal.az saytına danışan Boli səfər görüşünə qələbə üçün yollanacaqlarını deyib:
"Omoniya” bizdən yaxşı oynadı. Çox güclü komandadır. Futbolda belə nəticələr olur. Bizdə aqressivlik yox idi. Rəqibin gücü meydanda işimizi çətinləşdirdi. İkinci hissədə birincidən daha yaxşı oynadıq. Heyf ki, heç qol vura bilmədik. Hər şeyə rəğmən, Kiprə qələbə üçün gedəcəyik. Özümüzə inanırıq ki, özümüz futbola inanırıq”.