"Arsenal" 18 yaşlı futbolçu ilə müqaviləni uzatdı

22:43 - 8 Avqust 2025

“Arsenal” və İtan Nvaneri yeni müqavilə imzalayıblar.

Sportal.az xəbər verir ki, London klubu 18 yaşlı vingerlə uzunmüddətli anlaşma bağlandığını açıqlayıb. Fabritsio Romanonun məlumatına görə, müqavilə 5 illik nəzərdə tutulub.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Nvaneri 26 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib və orta hesabla 34 dəqiqə meydanda olub.


Xəbər xətti