Millimizin üzvü ilk oyunda ehtiyatda qaldı

10:53 - 10 Avqust 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 2025/2026 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Sərtan Taşkının formasını geyindiyi "Serik Belediyespor" səfərdə "İstanbulspor"un qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Sərtan bu matçın iştirakçısı olmayıb. 27 yaşlı sağ cinah müdafiəçisi sona qədər ehtiiyatda qalıb.

Qeyd edək ki, Sərtan Taşkın bu yay "Sumqayıt"dan ayrıldıqdan sonra "Serik Belediyespor"la 1 illik müqavilə imzalayıb.

Xəbər xətti