Emreli oynadı, komandası qələbə qazandı

00:44 - 10 Avqust 2025

Almaniya II Bundesliqasında II turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda "Şalke"ni qəbul edib. Start heyətində meydanda çıxan Emreli 72-ci dəqiqə əvəzlənib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk turda məğlub olan "Kayzerslautern" 3 xal qazanaraq turnir cədvəlində 10-cu pillədə yer alıb.

Xəbər xətti