"Sumqayıt"da yaponiyalı yarımmüdafiəçi - RƏSMİ

22:24 - 9 Avqust 2025

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçu keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçimiz Masaki Murata ilə 2 illik anlaşma imzalayıb. Murata "Sumqayıt" FK-nın heyətində "71" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti