Türkiyə millisinin üzvü "Lill"in hədəfində

14:54 - 10 Avqust 2025

Lukas Şevalyeni PSJ-yə satan "Lill" heyətinə yeni qapıçı cəlb edəcək.

Sportal.az xəbər verir ki, Fransa klubunun əsas hədəfi "Eyüpspor"da çıxış edən Berke Özerdir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Lill" yaxın zamanda Türkiyə millisinin üzvü üçün İstanbul klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 25 yaşlı qolkiper2023-cü ilin yanvar ayından "Eyüpspor"da çıxış edir. O, ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 35 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti