"Barselona" ilə mübahisəmi həll etmək vacib idi"

23:49 - 10 Avqust 2025

Mark-Andre ter Ştegen Xoan Gamper Kuboku oyunu öncəsi maraqlı açıqlamalarla yadda qalıb.

Sportal.az sizi həmin açıqlamalarla tanış edir:

"Estadi Johan Cruyff"a gəldiyiniz üçün çox sağ olun. Hamımızın bir arzusu var: evimizə, ‘Kamp Nou’ya qayıtmaq. Çox az qalıb. Şəxsi olaraq düşünürəm ki, klubla aramızdakı mübahisəni həll etmək vacib idi, artıq irəli baxmağın vaxtıdır. Mövsümə böyük həvəs və enerji ilə başlayırıq, qarşıda çox gərgin mövsüm var. Başlamasına cəmi bir neçə gün qalıb və biz daha böyük uğurlar üçün çalışırıq.

Bu gün "Komо"ya qarşı oynayacağıq, orada "Barselona"ya keçmişindən tanış simalar və dostlar çoxdur. Ötən mövsüm üç kubok qazandıq və bu gün burada olmayan bəzi komanda yoldaşlarımız var. Bundan başqa, indi bizdə yeni simalar var. Onları salamlayırıq və maksimum dəstək vermək istəyirik. Bu transferlərlə daha güclü olacağıq və əminəm ki, onlar kollektivə çox yaxşı uyğunlaşacaqlar.

Hər zamankı kimi bəzi sahələrdə inkişaf etməliyik və sizin köməyinizlə bütün mümkün titulları qazanmaq uğrunda mübarizə aparacağıq.

Hansi Flikə və onun məşqçilər korpusuna təşəkkür edirəm. Biz ötən mövsümdən zövq aldıq. O, bizə keyfiyyətli futbolu qaytardı. İndi bizdə güclü xarakterə malik, həm paltardəyişmə otağında, həm də onun xaricində yaxşı atmosferi olan bir komanda var və ümid edirəm ki, böyük uğurlar əldə edəcəyik. Yaşasın "Barselona", yaşasın Kataloniya!”

Qeyd edək ki, alman qapıçı daha əvvəl belindən əməliyyat olunmuş və La Liqa komissiyasına tibbi arayışı imzalamaqdan imtina etmişdi – bu arayışın təsdiqi komandanın yeni transferi qeydiyyata almasına imkan verəcəkdi. Buna görə klub intizam araşdırmasına başlamış və ter Stegeni müvəqqəti olaraq əsas komandanın kapitanı statusundan məhrum etmişdi. Daha sonra “Barselona” vəziyyətin həll olunduğunu və Mark-Andre-yə kapitan sarğısının qaytarıldığını açıqlamışdı.

Xəbər xətti