"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, Oliver Qlasnerin komandası "Uembli" stadionunda baş tutan matçda penaltilər seriyasında "Liverpul"u məğlub edib (3:2, əsas vaxt – 2:2).
İngiltərə Superkuboku "Kristal Pelas"ın ali səviyyədə qazandığı ikinci kubokdur. 2024/25 mövsümündə klub İngiltərə Kubokunu da qazanmışdı.
Bundan əvvəl klub yalnız İngiltərənin aşağı divizionlarında qalib olub. Həmçinin, "Pelas" 1990/91 mövsümündə Tam Hüquqlu Üzvlər Kubokunu qazanıb.
İngiltərə Superkuboku
Final
10 avqust
18:00. "Kristal Pelas" - "Liverpul" 2:2, pen. 3:2
Qollar: J.Mateta,17(pen), I.Sarr,77, - H.Ekitike,4, J.Frimponq,21
saytlarin hazirlanmasi