İran millisində oynamış müdafiəçi "Karvan-Yevlax"da - RƏSMİ

18:27 - 10 Avqust 2025

"Karvan-Yevlax" növbəti transferini həyata keçirib

Sportal.az xəbər verir ki, iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib. Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində forma geyinib.


Xəbər xətti