"Neftçi"nin yeni transferi İqor Ribeyro komandaya keçidi haqda yazıb.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisi sosial şəbəkə hesabında bu cür paylaşım edib:
"Yeni dövr başlayır. Həm xoşbəxt, həm də motivasiyalıyam. Daha bir fürsət üçün Allaha şükürlər olsun! Allah bizə rəhm etsin, məqsədimizə birlikdə qovuşaq".
Qeyd edək ki, “Neftçi” 28 yaşlı braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Paytaxt təmsilçisi daha öncə Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin, Kenan Piriç və Alessio Kurçini transfer edib.