Azərbaycan millisinin müdafiəçisi Belçika klubuna keçə bilər

11:34 - 11 Avqust 2025

Milli komandamızın üzvü Zamiq Əliyevin yenidən Belçikaya yollanmaq variantı yaranıb. 

Sportal.az saytına verilən məlumata görə, bu yay “Veres”ə keçidi maliyyə məsələlərinə görə baş tutmayan Əliyev indi də Belçika klublarının maraq dairəsinə düşüb.

Əliyevin 2024/2025 mövsümünün qış fasiləsində “Eupen”ə transferi gündəmdə olsa da, viza məsələlərinə görə keçidi baş tutmamışdı. İndi isə Belçika yüksək liqasında mübarizə aparan “Dender” Zamiqi heyətinə qatmaqda iddialıdır.

Transfer bu ay baş tutmasa, belçikalılar onun keçidini qış fasiləsində reallaşdırmaq istəyəcək.

Zamiqin “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti