17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustun 12-16-sı aralığında Bakıda, 17-22-də isə Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olacaq.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılır.
Ramal Qəmbərov, Kamil Həsənov, Səttar Tahirzadə, Muhamməd Çodarov, Atacan Məmmədov, Əli Kiçibəyov, Abbas Zeynalov, Adnan Bunyatov, Rəsul Balakişiyev, Pünhan Kərimov(hamısı "Marcet"), Nurəziz Əzizov, Ruslan Quliyev, Ismayıl Səfərli, Nurlan Mələkov, Ramin Abiyev(hamısı "Neftçi"), Rəşad Gülüşov, Toğrul Mehdizadə, Samir Şərifov, Nicat Kərimov(hamısı "Sabah"), Uğur Qurbanlı, Amin Rzayev, Onur Əliyev, Əli Bəşirov(hamısı "Qarabağ"), Mehdi Hüseyn("Sumqayıt")