"Transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən" - bu fikirlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
"Qarabağ" göstərdiyi nəticələrə rəğmən həmişə azarkeşlərin təzyiqi altında olur. Bu, başadüşüləndir ona görə ki, azarkeşlərin inştahı diş altındadır. "Qarabağ" yaxşı nətiəcələr verdikcə, ondan gözləntilər də böyüyür. Lakin azarkeş arzusu ilə peşəkar reallığının mümkünlük sərhədləri bəzən bir-birindən çox-çox uzaqlarda yerləşir.
Bəzən "Qarabağ" rəhbərliyi xəsislikdə qınanır, guya pul xərcləmək istəmədiyi üçün yaxşı futbolçu gətirmədikləri iddiaları səslənir. İlk növbədə mütləq vurğulanmalıdır ki, klubun illik büdcəsi var və "Qarabağ" "yorğanını ayağına görə uzatmalıdır". Yəni, mümkün deyil ki, "Qarabağ" bu büdcə ilə İkardini və ya Osimheni transfer etsin.
Lakin bəzən real görünən transferləri də həyata keçirmək müşkülə çevrilir. Çünki demək olar hər transferin öz pərdəarxası məqamları, müəyyən problemlər olur. Bəzilərini həll etmək alınır, bəzilərini yox. Elələri də olur ki, ümumiyyətlə ölkəmizə gəlmək istəmirlər.
ATV-də yayımlanan "Futbolumuz" verilişində bu mövzuya da toxunulub. İtinə görə "Turan Tovuz"a gəlmək istəməyən Serrano, uşağına görə Bakıya köçən Konate nümunəsi göstərilib.
Həmin videonu təqdim edirik.
saytlarin hazirlanmasi