"Mançester Siti" Qrilişi bu kluba göndərdi - RƏSMİ

21:15 - 12 Avqust 2025

"Mançester Siti" Cek Qrilişi icarəyə verib.

Sportal.az xəbər verir ki, "şəhərllilər" ingiltərəli vingeri "Everton"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qriliş 2025/2026 mövsümünü "mavilər"in heyətində keçirəcək. "Everton" 50 milyon funt-sterlinq ödəməklə 29 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin yayında 117 milyon avroya "Aston Villa"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti