İngiltərə millisinin üzvü "Liverpul"a keçir

20:49 - 12 Avqust 2025

"Kristal Pelas"ın kaapitanı Mark Qehi Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Liverpul" ingiltərəli mərkəz müdafiəçisini transfer etmək istəyir. Bu barədə "The Times" nəşri məlumat yayıb.

İngiltərə çempionu Qehi üçün onun klubu ilə danışıqlara başlayıb. 25 yaşlı futbolçunun transferinin təxminən 35-40 milyon avroya rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Kristal Pelas"dan transfer edib. İngiltərə millisinin üzvü bu müddət ərzində London təmsilçisinin heyətində meydana çıxdığı 156 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti