"Şkendiya"nı darmadağın edən “Qarabağ” MİLYONLAR QAZANDI

19:37 - 13 Avqust 2025

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” büdcəsini xeyli zənginləşdirib.

Sportal.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin 3-cü təsnifat mərhələsində Makedoniya təmsilçisi “Şkendiya”nı üstələmək (5:1, 1:0) Ağdam klubuna 4,29 milyon avro (təqribən 8,5 milyon manat) qazandırıb.

“Köhlən atlar” ÇL-dən daha çox vəsait qazana bilər. Bunun üçün pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u üstələmək lazımdır. Bu halda “Qarabağ” daha 18,62 milyon avro (36,95 milyon manat) əldə edəcək. (Publika.az)

Xəbər xətti