Azərbaycandan ayrıldı, “Hapoel”lə müqavilə imzaladı - FOTO

14:22 - 13 Avqust 2025

Son mövsümü “Səbail”də keçirmiş Gitai Sofir ölkəsinə qayıdıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu İsrail 1-ci liqasında mübarizə aparan “Hapoel Hadera” ilə anlaşıb.

Klub artıq “Səbail”in sabiq futbolçusunu ictimaiyyətə təqdim edib. O, bir il ərzində bu “Hapoel”də oynayacaq.

Sofir Azərbaycana gələnə qədər “Hapoel Akre”, “Zur Şalom” klublarında çıxış etmişdi.


 

Xəbər xətti