"Milan" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Cenoa"dan Koni De Vinteri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" belçikalı futbolçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. 23 yaşlı mərkəz müdafiəçisi ilkə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Cenoa" Koni De Vinteri 2023-cü ilin yayında "Yuventus"dan transfer etmişdi. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi maatçda 3 qol vurub.
saytlarin hazirlanmasi