"Araz-Naxçıvan" UEFA Avropa Konfrans Liqasında bu gün cavab oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Omoniya"nın qonağı olacaq.
Qarşılaşmanı danimarkalı Yakob Kehlet idarə edəcək.
Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
21:00 "Omoniya" (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan)
ilk oyun: 4:0
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq