"Qalatasaray" "Mançester Siti"nin qapıçısı Edersonu transfer etmək üçün səylərini davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi braziliyalı qolkiper üçün İngiltərə klubuna rəsmi təkliflə müraciət edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Sarı-qırmızılar" Ederson üçün 10 milyon avroluq təklif göndərib. Premyer Liqa təmsilçisi bu təklifi qəbul etməyib. Onlar 31 yaşlı "əlcək sahibi"ni daha baha qiymətə satmağı planlaşdırır.
"Qalatasaray" daha öncə Braziliya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, "Mançester Siti" Evertonu 2017-ci ilin yayında "Benfika"dan transfer edib. Təcrübəli futbolçunun "şəhərlilər"lə müqaviləsi gələn ilin 30 iyun tarixində başa çatır.
saytlarin hazirlanmasi