Azərbaycanlı qolkiper Murad Abdurrahmanov İsveçdə komandasını dəyişib.
Bu barədə həmyerlimiz özü saytımıza məlumat verib.
O, İsveçdə aşağı liqada mübarizə aparan “İFK Kumla” klubuna keçib.
Lakin futbolçu “Forvard”a məxsus olacaq. O, icarə əsasında yeni komandasına keçib. Qeyd edək ki, Murad 2007-ci ildə Örebro şəhərində dünyaya gəlib və eyniadlı futbol klubunun yetirməsidir.