"Qəbələ" Premyer Liqada ən yaxşı futbol oynayan komandalardan biridir" - portuqaliyalı qapıçı

15:11 - 29 Sentyabr 2025

"Şamaxı"nın portuqaliyalı qapıçısı Rikardo Fernandes Misli Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la matçından (1:1) sonra Sportal.az saytına müsahibə verib:

- Birinci hissədə yaxşı oynadıq, qol vurduq. Daha bir neçə qol vurmaq üçün şanslarımz var idi. İlk yarıda oyuna daha çox nəzarət etdik. Fasilədən sonra dəyişikliklər oldu. Oyuna nəzarət daha çox rəqibin tərəfinə keçdi.

- Fərqi artırmağınıza nə mane oldu?

- Bəzən qərarlar səhv idi. Bizim heyətimiz kasaddır. Zədəlilərimiz də var. Amma yenə də bu vəziyyətdə də inkişaf etməyə davam edəcəyik.

- Səncə, 1xal qazandız, yoxsa 2 xal itirdiz?

- "Araz-Naxçıvan"la görüşdə məncə, bir xal qazandıq. Onlar böyük komandadır, fərqli hədəfləri var, avrokuboklar üçün oynayırlar. 3 xal yaxşı olardı. Lakin 1 xal da yaxşıdır.

- Artıq ikinci ildir Azərbaycandasan. Ötən mövsümlə bu mövsümü necə müqayisə edərdin?

- Praktiki olaraq, eynidir. Sadəcə indi daha çox komanda var, daha çox mübarizə var. Amma keçənilki kimi bu mövsüm də mübarizəmizi davam etdirəcəyik.

- Növbəti turda "Qəbələ" ilə oynayacaqsız. Bu matçdan gözləntilərin nələrdir?

- Bizim üçün çox çətin olacaq. Mənə görə, "Qəbələ" Premyer Liqada ən yaxşı futbol oynayan komandalardan biridir. Düzdür, hazırda onların nəticələri yaxşı deyil. Amma yaxşı futbol oynayırlar. Bizim üçün çətin oyun olacaq.

Elçin Əlixan

Xəbər xətti