Özbəkistan millisinin baş məşqçi postuna italiyalı dəvət ediləcək

19:47 - 30 Sentyabr 2025

Özbəkistan Futbol Federasiyası millinin baş məşqçi postuna Fabio Kannavaronu gətirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, özbəklər italiyalı mütəxəssislə danışıqlara start verib. Özbəkistan millisi ilk dəfə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında çıxış edəcək. 52 yaşlı mütəxəssis karyerası ərzində “Udineze”, “Benevento”, “Əl-Nəsr”, “Quançjou” və “Tyanjin”, son olaraq isə “Dinamo”(Zaqreb) klubunu çalışdırıb.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək və ilk dəfə 48 komanda iştirak edəcək.

Xəbər xətti