"Çelsi" və "Qalatasaray"ın formasını geyinmiş futbolçunu bu klub istəyir

12:47 - 30 Sentyabr 2025

"Trabzonspor" Mərakeş millisinin üzvü Hakim Ziyeşi heyətinə qatmağı planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi hazırda azad agent statusuna malik olan 32 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Hazırda tərəflər arasında maliyyə danışıqları davam etdirilir. Əgər klub Ziyeşin istədiyi maaşı verə bilsə, keçid reallaşacaq. Əks halda, mərakeşli “Trabzonspor”la müqavilə imzalamayacaq.

“Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” klublarında oynamış futbolçu son dəfə “Əl-Duhail”in (Qətər) formasını geyinib.
 

Xəbər xətti