Premyer Liqada 700-cü, səfərdə 350-ci

18:14 - 6 Oktyabr 2025

Misli Premyer Liqasının VII turu “Şamaxı” üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu yubiley matçında “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub edib.

“Şamaxı” bu 700 görüşdə 295 qələbə qazanıb, 197 heç-heçə edib və 218 dəfə uduzub. 869 qol vuran komanda 714 top buraxıb.

Bu, həm də 350-ci səfər sınağı olub. Rəqib meydanlarında 122-ci qələbəsini qazanan komanda 98 heç-heçə edib və 130 məğlubiyyət alıb. 402 qola sevinən şamaxılılar 434 top buraxıb.

Qeyd edək ki, ilk oyunu 1999/2000 mövsümünə təsadüf edən “Xəzər Universiteti” 1999-cu il oktyabrın 29-da evdə “Şəfa”ya uduzub – 0:1. İlk səfər isə noyabrın 13-də “Şəmkir”lə görüşə təsadüf edib – 0:6.

Xəbər xətti