"Qarabağ" "Kəpəz"i, "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - YENİLƏNİB

21:26 - 4 Oktyabr 2025

Misli Premyer Liqasında 7-ci turun matçları davam edir.

Sportal.az xəbər verir ki, bu gün daha iki matç baş tutub. 

"Qarabağ" "Kəpəz"i qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt" isə "Turan Tovuz"la üz-üzə gəlib. Burada isə qonaqlar sevinib.

Misli Premyer Liqası
VII tur

17:00. "Qarabağ" – "Kəpəz" 1:0
Qol:
Sami Mmae, 38
Baş hakim: Nicat İsmayıllı
“Azersun Arena”

19:30. "Sumqayıt" – "Turan Tovuz" 0:3
Qollar: 
Joarlem Santos, 35, Aleks Souza, 59, Ayxan Hüseynov, 90+3
Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti