“Mançester Yunayted”in transfer etmək istədiyi Ezekiel Palasios “Bayer”də qalıb.
Sportal.az Leverkuzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, onun müqavilə müddəti artırılıb.
26 yaşlı yarımmüdafiəçi 2030-cu il iyunun 30-na qədər “Bayer”ə məxsus olacaq.
Onun hazırkı müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər idi. Palasios 2020-ci ildən Almaniya klubunun formasını geyinirdi.
Həmin vaxtdan bu yana Ezekiel 162 oyuna çıxıb, 15 qol vurub və 16 məhsuldar ötürmə etmişdi. Argentina millisinin üzvü “Bayer”dən əvvəl “River Pleyt”də oynayıb.