"Kopenhagen"in kapitanı Tomas Dileyni Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”a 0:2 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az "Campo"ya istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçi bu cür danışıb:
"Dürüst olmalıyıq. İlk hissədə çox pis oynadıq və daha çox qol buraxmadığımız üçün bəxtimiz gətirdi. Fasilədə nəyisə dəyişməli olduğumuzu danışdıq. Amma yenə də nəsə çatışmırdı və sonda da uduzduq".