"Qarabağ" ÇL-in Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəlməyi münsibətilə Prezident İlham Əliyev Ağdam təmsilçisini təbrik edib.
Sportal.az xəbər verir ki, dövlət başçısının rəsmi Feysbuk səhifəsində yayımlanan təbrikdə bildirilib:
“Danimarka çempionu “Kopenhagen”futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.
saytlarin hazirlanmasi