"Sabah"dan Memorial Kompleksinə ziyarət - FOTOLAR

13:15 - 1 Oktyabr 2025

“Sabah” Futbol Akademiyasının və “Vətən” Futbol Məktəbinin rəhbərliyi, məşqçi heyəti və futbolçuları Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət ediblər.

Sportal.az xəbər verir ki, ziyarət zamanı kompleksin önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Məşqçi heyəti azyaşlı futbolçulara şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı barədə danışıb, onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyi qeyd edilib. 


Xəbər xətti