Allahverdiyev "Rayo Valyekano" ilə müqavilə imzaladı - FOTO

11:48 - 1 Oktyabr 2025

Azərbaycanəsilli futbolçu Raul Allahverdiyev İspaniyada oynayacaq.

Sportal.az xəbər verir ki, Qazaxıstanda dünyaya gələn və hazırda bu ölkənin U-19 yığmasında çıxış edən Allahverdiyev “Rayo Valyekano” ilə müqavilə imzalayıb.

O, bu klubun C komandasında oynayacaq.

Orada özünü göstərəcəyi təqdirdə, əsas komandaya qədər yüksəlmək şansı olacaq.

Mirbağırağa
 

Xəbər xətti