"Arsenal"dan ayrılan müdafiəçi Səudiyyə Ərəbistanı klubuna keçəcək

14:22 - 2 Oktyabr 2025

Yaponiya millisinin futbolçusu Takehiro Tomiyasunun işsiz günləri başa çatmaq üzrədir. 

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanına yollanacaq. Onun “Əl-Qadsiya” ilə müqavilə imzalayacağı gözlənilir. Yapon futbolçu hazırda azad agent statusuna malikdir.

O, “Arsenal”dan ayrıldıqdan sonra özünə komanda tapa bilməmişdi. Zədəsini də tam sağaldan futbolçu ərəblərlə danışıq aparır.

Xatırladaq ki, Tomiyasu “Avispa Fukuoka”, “Sent-Trüden”, “Bolonya” klublarında oynayıb.
 

Xəbər xətti