Milli komandamızın üzvü Polşadan ayrılacaq, Türkiyə klubu onu istəyir

14:48 - 2 Oktyabr 2025

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov qışda karyerasında dəyişiklik edəcək.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı hücumçu “Motor”dan ayrılacaq. Belə ki, Dadaşov yaxşı variantlardan birini dəyərləndirmək istəyir.

Polşa klubunda az-az oynadığı üçün də, bu təklif onun üçün göydəndüşmə olub. Renat mövsümün sonuna qədər Türkiyədə icarə əsasında çıxış edə bilər. Ona “Iğdır”dan təklif gəlib.

Türkiyə 1-ci liqasında yarışan klub millimizin hücumçusunu altı aylıq icarəyə götürmək istəyir. Renatın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti