İspan futbolçu "Qarabağ"a qarşı oynaya bilər

12:47 - 4 Oktyabr 2025

"Atletik" Niko Vilyamsa qovuşub.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, uzun müddətdir zədə səbəbindən Bilbao klubuna kömək edə bilməyən gənc futbolçunun növbəti oyunlara çıxa biləcəyi gözlənilir.

O, İspaniya La Liqasının 8-ci turunda  "Malyorka"ya qarşı keçiriləcək matçda heyətdə yer alıb, lakin meydana çıxıb-çıxmayacağı dəqiq deyil. 

Qeyd edək ki, "Atletik" Çempionlar Liqasında "Qarabağ"ın rəqibidir. Komandalar 3-cü tur çərçivəsində "San Mames"də qarşılaşacaq. Matç oktyabrın 22-də baş tutacaq.

Xəbər xətti