Uruqvay millisinin üzvü "Tottenhem"də qalacaq

17:17 - 3 Oktyabr 2025

"Tottenhem"lə müqaviləsi gələn ilin yayında başa çatan Rodriqo Bentankur London klubunu tərk etməyəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi uruqvaylı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Uruqvay millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, "Tottenhem" Rodriqo Bentankuru 2022-ci ilin yanvar ayında "Yuventus"dan transfer edib. 28 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti