"Sumqayıt"ın futbolçusu Uruqvayla oyun üçün milliyə çağırıldı

15:49 - 5 Oktyabr 2025

"Sumqayıt"ın futbolçusu Ronaldo Vaskez Dominikan milli komandasına dəvət olunub.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumaat yayıb.

26 yaşlı yarımmüdafiəçi Uruqvay ilə yoldaşlıq oyunu üçün yığmaya çağırılıb. Qarşılaşma 10 oktyabr tarixində keçiriləcək.

Xəbər xətti