İspaniya klubundan "Yaşa Azərbaycan" paylaşımı - VİDEO

18:15 - 20 Oktyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletik" maraqlı paylaşımla yadda qalıb.

Sportal.az xəbər verir ki, Bilbao təmsilçisi "Tik-Tok" səhifəsində "Yaşa Azərbaycan" mahınısı ilə video paylaşıb.

Videoda İspaniya klubunun futbolçusu İnaki Villiams azarkeşlərə imza verir. Fanatların arasında "Qarabağ" forması geyinən şəxs də var.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də "San Mames"də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Xəbər xətti