Premyer Liqada mövsüm başlayandan bəri məğlubiyyətləri sıralayan "Kəpəz"də nəhayət ki, üzlər gülüb. Ötən tur Azər Bağırovun rəhbərliyi altında "Qarabağ"a qarşı mübarizlik nümayiş etdirən "Kəpəz" bu tur "Şamaxı"nı 4:1 hesabıyla darmadağın edib.
"Kəpəz"in vurduğu ikinci qol dərsliklərə salınacaq hücum kimi qurulub. Mərkəz müdafiəçisi Cefferson Bentudan başlayan hücum ardıcıl ötürmələrlə qolla nəticələnib. Futbolçular qolu bayram etdiyi vaxt Azər Bağırov CBC Sport-un kameralarına tuş gəlib. Mütəxəssis barmağını beyninə apararaq Bentuya nəsə izah eləməyə çalışıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Kəpəz" həftə boyu hücumların məhz bu cür qurulması üzərində çalışıb. Çünki sıx müdafiəsi ilə seçilən "Şamaxı"nın arxa xəttində boşluqlar tapmağın asan olmayacağını biliblər.
Burada Bentunun ilk ötürməylə topu orta sahə futbolçusuna çatdırması, daha sonra hücumun cinahdan təşkil olunması nəzərdə tutulub.
"Kəpəz"in ikinci qolu zamanı gənc stoper 10-15 saniyə pauza götürür. Topu yanındakılara yox, irəliyə ötürmək üçün variantları nəzərdən keçirir və ideal pasla hücuma başlayır.
Bentu qoldan sonra Azər Bağırova yaxınlaşır. Çünki həftəboyu birlikdə bunun üzərində çalışaraq bəhrəsini görüblər. Mütəxəssis ona hər şeyin düşüncədən başladığını və düşünərək oynayacağı təqdirdə bunun effektini görəcəyini deyib.
saytlarin hazirlanmasi