Yayda “Neftçi”dən ayrılan forvard yeni müqavilə imzaladığı klubdan ayrıldı

14:34 - 17 Oktyabr 2025

“Neftçi”nin yayda yollarını ayırdığı Dembo Darbo ötən ay “Əl-Əhli” klubu ilə müqavilə imzalamışdı.

Sportal.az xəbər verir ki, qambiyalı forvardın Liviya klubundakı karyerası bir ay çəkib.

27 yaşlı hücumçu Afrika klubunda qalası olmayıb.

Tərəflər arasında imzalanmış 1 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 

Xəbər xətti