"Real" La Liqa matçına ciddi itki ilə çıxacaq

15:55 - 16 Oktyabr 2025

"Real" İspaniya La Liqasının 9-cu turunun "Xetafe" ilə matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Din Hyöysen komandaya kömək edə bilməyəcək. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

İspaniya millisinin üzvü zədəlidir. Onun növbəti həftə "Barselona" ilə matçda iştirak edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, "Real" Don Hyöyseni mövsümün əvvəlində "Bornmut"dan 62 milyon avroya transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi "kral klubu"nun heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti