“Neftçi" ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən müstəqil sərvət fondu və investisiya holdinq şirkəti olan ADQ arasında 3 illik sponsorluq müqaviləsi imzalanıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “ağ-qaralar”ın rəsmi oyun formaları və satışa çıxarılacaq fan məhsullarının sol qolunda ADQ-nin loqosu yer alacaq.
Bu əməkdaşlıq “Neftçi”nin beynəlxalq miqyasda güclənmək, daha geniş auditoriyaya çatmaq və uzunmüddətli dəyərlər yaratmaq məqsədi ilə atdığı əhəmiyyətli addımlardan biridir.
Qeyd edək ki, 2018-ci ildə “Abu Dhabi Developmental Holding Company PJSC” adı altında yaradılmış, 2020-ci ildə ADQ adını almış qurum Əbu-Dabi hökumətinin strateji tərəfdaşı kimi çıxış edir. ADQ enerji, kommunal xidmətlər, qida və kənd təsərrüfatı, səhiyyə, mobillik və logistika kimi mühüm sektorlar üzrə investisiyalar həyata keçirir.
saytlarin hazirlanmasi