Azərbaycan milli komandasının sabiq hücumçusu Branimir Subaşiç Sportal.az saytına açıqlama verib:
Veteran futbolçu yığmamızın Fransaya qarşı layiqli oyun göstərdiyini bildirib:
“Əlbəttə ki, Fransa ilə matçı izlədim. Millimiz yetərincə layiqli futbol nümayiş etdirdi. Təbii ki, Fransa millisinin də gücünü düşünmək lazımdır, TOP komandadır, onların heyətində yüksək səviyyəli oyunçular oynayır. Amma milli buna rəğmən yaxşı müdafiə olundu. Təəssüf ki, paltardəyişmə otağına yollanmağa az qalmış qol buraxdıq. Hər halda, uşaqlara mübarizə üçün afərin düşür. Zamanla vəziyyət daha da yaxşı ola bilər.
Bəli, bu gün Ukraynaya qarşı da görüş var. Onlar da zəif komanda deyil, yetərincə güclü komandadır. Heyətlərində çox yaxşı futbolçular oynayır. İstənilən halda, sona qədər mübarizə aparmaq lazımdır. Əgər sistem və futbolçular yaxşı işləsə, hər şey mümkündür. Evdə Ukrayna ilə 1:1 oynamışdıq. Bunu təkrarlamaq da mümkündür. Üstəgəl, komandamız özünə inanmalıdır. Hər şey yaxşı ola bilər".
saytlarin hazirlanmasi