Vinisius karyerasındakı ən yaxşı məşqçinin Karlo Ançelotti olduğunu bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu dünən Cənubi Koreyaya qarşı keçirilən yoldaşlıq oyununda (5:0) fərqlənib. Karlo Ançelottinin rəhbərliyi altında həm “Real”da, həm də Braziliya yığmasında Vinisius artıq 92 qol vurub və 60 qol ötürməsi edib.
“Mən bunu çəkinmədən deyə bilərəm: bu, mənimlə işlədiyim ən yaxşı məşqçidir. Mənə hamıdan çox inanan və mənim ən yaxşı oyunumu göstərməyimə səbəb olan odur. Burada, yığmada, üç oyunda artıq iki qol vurmuşam və bir ötürmə etmişəm.
Onunla qazandığım inkişaf açıq-aşkardır və ümid edirəm ki, bu templə davam edib möhtəşəm bir dünya çempionatı keçirəcəyəm.” – deyə Vinisius bildirib.
saytlarin hazirlanmasi