İtaliya millisinin üzvü "Yuventus"a keçə bilər

19:49 - 9 Oktyabr 2025

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi Tonali üçün İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır. 25 yaşlı orta xətt oyunçusu özü vətəninə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan 59 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti