PSJ Yamal üçün rekord məbləğ ödəməyə hazırdır

20:53 - 8 Oktyabr 2025

PSJ "Barselona"nın futbolçusu Lamin Yamalı transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, Fransa nəhəngi ispaniyalı vinger üçün rekord məbləğdə təzminat ödəməyə hazırdır. Bu barədə "Defensa Central" məlumat yayıb.

PSJ 18 yaşlı ön xətt oyunçusu üçün 230 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü olan gənc futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimidir.

Xəbər xətti