Türkiyə klubunun futbolçusu Azərbaycan millisinə qarşı oynamayacaq - düşərgədən kənarlaşdırıldı

10:48 - 7 Oktyabr 2025

Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zubkov DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək görüşünü buraxacaq. 

Sportal.az xəbər verir ki, “Trabzonspor”un futbolçusu zədələnib. 

Onun millidəki yerini "Şaxtyor"un yarımmüdafiəçisi Oleq Oçeretko tutacaq.

Qeyd edək ki, Ukrayna – Azərbaycan görüşü oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
 

Xəbər xətti