"Araz-Naxçıvan"ın kapitanı: "Bəzi çatışmazlıqlarımız var, onları aradan qaldırmağa çalışacağıq"

11:34 - 7 Oktyabr 2025

"İmişli" həqiqətən yaxşı komandadır. Amma biz oyuna yaxşı hazırlaşmışdıq. Bu cür asan olmayan matçda qələbə qazanmağımız bizi sevindirdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın müdafiəçisi Ürfan Abbasov deyib.

O, Misli Premyer Liqasının VII turunun “İmişli” ilə görüşündə (2:0) əldə edilmiş qalibiyyəti şərh edib. Bununla yanaşı, Naxçıvan təmsilçisinin kapitanı komandasının turnir cədvəlində yüksək pillələrdə yer almasına münasibət bildirib:

"Hazırda komanda üst pillələrdədir. Bu da bizi sevindirir. Komandadakı atmosfer daha da yaxşıdır. Təbii ki, bu mövsüm xal itirməyimizə səbəb olan bəzi çatışmazlıqlarımız var. Amma bunların hamısını yoluna qoya bilərik, onları aradan qaldırmağa çalışacağıq. Təbii ki, oyunumuz alınarsa, nəticələrimiz daha da yaxşı olacaq".

Mirbağırağa
 

Xəbər xətti