"Bavariya" onu saxlamaq istəyir, maliyyə şərtlərində razılaşmırlar

11:48 - 7 Oktyabr 2025

"Bavariya" Deotşankul Upamekanonu komandada saxlamağı planlaşdırır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Almaniya nəhəngi fransıza yeni müqavilə təklif edib.

Tərəflər artıq futbolçunun əsas maaşı barədə razılığa gəliblər, lakin imzalanma bonusunun ölçüsü bu danışıqlara maneə ola bilər. “Bavariya” daha əvvəl Alfonso Deyvisə bonuslar üçün təxminən 20 milyon avro ödəyib. Münhen təmsilçisi Upamekano üçün eyni məbləği ödəməyə hazır deyil. 

“Transfermarkt”da bazar dəyəri 50 milyon avro olan 26 yaşlı futbolçunun “Bavariya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O,karyerası ərzində “Zaltsburq” və “Leyptsiq” klublarında çıxış edib.
 

Xəbər xətti