Məşhur futbolçu karyerasını başa vurur

19:59 - 7 Oktyabr 2025

"İnter Mayami"nin futbolçusu Jordi Alba gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasını başa vuracaq. Bu barədə oyunçu özünün sosial şəbəkə hesablarında video paylaşıb.

İspaniya millisinin sabiq üzvü MLS-də mövsüm bitdikdən sonra peşəkar futbolla vidalaşacaq.

Qeyd edək ki, Jordi Alba "Barselona"nın yetirməsidir. 36 yaşlı sağ cinah müdafiəçisi "Valensiya" və "Ximnastik"də çıxış edib. Təcrübəli oyunçu 2023-cü ilin yayında "İnter Mayami"də çıxış edir. Alba "Barselona" ilə 6 dəfə La Liqa çempionu olub, 1 dəfə UEFA Çempionlar Liqasında çempionluq sevinci yaşayıb. O, İspaniya millisi ilə Avropa çempionluğu qazanıb.

Xəbər xətti