"Qarabağ"ın rəqibi türk futbolçu üçün 80 milyon avro tələb edir

16:15 - 7 Oktyabr 2025

"Ayntraxt"ın futbolçusu Can Uzun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, iki klub türkiyəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Almaniya klubu Canı satmağın əleyhinə deyil. Onlar 19 yaşlı ön xətt oyunçusu üçün 80 milyon avro təzminat tələb edir.

Türkiyə millisinin üzvü olan Can Uzun bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun gələn ilin 21 yanvar tarixində Bakıda baş tutacaq.

Xəbər xətti